Klub prezidenti baş məşqçi dəyişikliyindən danışdı

21:57 20 Aprel 2023

“Bayern”in prezidenti Herbert Hayner Münhen təmsilçisinin baş məşqçi postunda gerçəkləşən Yulian Naqelsmann – Tomas Tuxel dəyişikliyindən danışıb.

 

Sportarena.az xəbər verir ki, o, verilən qərarın düzgün olduğunu bildirib:

“Şübhəsiz ki, bu, düzgün qərar idi. Naqelsmannın başçılığı altında komandanın mövcud potensialının meydançada görünmədiyi müşahidə edilirdi”.

 

Xatırladaq ki, Naqelsmann 2021-ci ilin yayından “Bayern”ə rəhbərlik edirdi. Bundesliqa klubu martın 24-də onu istefaya göndərib. Onu bu vəzifədə Tomas Tuxel əvəzləyib. Alman mütəxəssislə 2025-ci ilin iyununa kimi müqavilə imzalanıb.

 

Onu da qeyd edək ki, "pivəçilər" Tuxelin rəhbərliyi altında çıxtığı 5 matçın yalnız birində qalib gəlib, Çempionlar Liqasının 1/4 finalında “Mançester Siti”yə(1:4), Almaniya kubokunda isə "Frayburq"a (2:1) uduzaraq hər iki turnirlə vidalaşıb.


Digər xəbərlər

Xəbər xətti