Maliyyə problemini Messi ilə həll etmək istəyirlər

14:47 20 Aprel 2023

“Barselona” PSJ-nin hücumçusu Lionel Messinin transferinin klubun maliyyə vəziyyətinə müsbət təsir edəcəyinə ümid edir.

 

Sportarena.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, “Barselona” Messini həm də maliyyə məsələlərinə görə geri qaytarmaq istəyir. Kluba yaxın mənbələr hesab edir ki, Messinin qayıdışından sonra maliyyə “Barsa”nın gələn mövsüm ümumi gəlirinin 25 faizini təşkil edə bilər. Klubdakı bəzi proqnozlara görə, bu nisbətin 33 faizə çatması mümkündür.

 

Məlumata görə, “Barselona” 35 yaşlı argentinalıya 1 və ya 2 illik müqavilə təklif etməyi planlaşdırır. Messi ikinci variantla razılaşarsa, klubun 125 illiyi ilə bağlı tədbirlərdə iştirak edəcək.

 

Daha əvvəl “Barselona”nın prezidenti Xuan Laporta Messinin kluba qayıdacağını bildirmişdi.

 

Messinin PSJ ilə müqaviləsi 2023-cü ilin yayına qədərdir. Bu mövsüm o, komandada 35 oyuna çıxıb, 20 qol vurub və 18 məhsuldar ötürmə edib.


Xəbər xətti