PSJ-nin baş məşqçisi həbs oluna bilər

14:24 20 Aprel 2023

PSJ-nin baş məşqçisi Kristof Qaltye həbs oluna bilər.

 

Sportarena.az "RMC Sport"a istinadən xəbər verir ki, buna səbəb 56 yaşlı mütəxəssisin "Nitsa"da çalışarkən müsəlman və qaradərili futbolçuları təhqir etməsi iddialarıdır. Yerli prokurorluq iddia ilə bağlı cinayət işi açıb. Qaltyeni 3 ilə qədər həbs və 45 min avro cərimə gözləyir.

 

Prokurorluq əməkdaşları "Nitsa"nın ofisində axtarış aparıb. Müstəntiqlər klubun prezidenti Jan-Pyerr Rivera ilə görüşüb. Qısa müddət ərzində klubun bütün əməkdaşları ifadə verəcək.

 

Qeyd edək ki, Kristof Qaltye 2021-2022-ci illərdə "Nitsa"nın baş məşqçisi olub. Klubun sabiq idman direktoru Jülyen Fornie fransalı məşqçinin komanda haqda "Yalnız qaradərililərdən və cümə günü məscidə namaz qılmağa gedən axmaqlardan ibarət bir komanda" dediyini iddia edib. 


Xəbər xətti