Avropa çempionatı: Stadnik finalda, Kolesnik və Məmmədova bürünc medal üçün yarışacaq

18:22 19 Aprel 2023

Azərbaycanın daha bir qadın güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb.

 

Sportarena.az xəbər verir ki, Alyona Kolesnik 59 kq çəki dərəcəsində qızıl medal şansını davam etdirib.

 

1/4 finaldan mübarizəyə qoşulan Kolesnik bu raundda italiyalı Moreno De Vitanı iki dəqiqə ərzində məğlub edib. Onun yarımfinaldakı rəqibi Yuliya Tkaç (Ukrayna) olacaq.

 

Daha əvvəl Mariya Stadnik yarımfinala adlayıb. 50 kq-da çıxış edən səkkizqat qitə çempionu finala vəsiqə uğrunda Anna Lukasyakla (Polşa) görüşəcək.

 

Digər güləşçi Elnurə Məmmədova (55 kq) isə 1/4 finalda Andrea Anaya uduzub. Rumıniyalı güləşçi finala yüksələ bilsə, Məmmədova təsəlliverici görüşə qatılacaq.


Xəbər xətti