Avropa çempionatı: Mariya Stadnik yarımfinala yüksəlib

16:21 19 Aprel 2023

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının yarımfinal mərhələsinə vəsiqə qazanıb.

 

Sportarena.az xəbər verir ki, 35 yaşlı idmançı 50 kq çəki dərəcəsində iki rəqibini məğlub edərək, buna nail olub. Səkkizqat Avropa çempionu əvvəlcə türkiyəli Evin Demirhana, 1/4 finalda isə fransalı Culye Sabatyeyə qalib gəlib.

 

Digər qadın güləşçi Elnurə Məmmədova (55 kq) Litva təmsilçisi Laura Staneliteni 1/8 finalda üstələyərək, növbəti raunda yüksəlib.

 

59 kq-dakı Alyona Kolesnik isə 1/4 finalda Yovana Radivoyeviç (Serbiya) - Morena de Vita (İtaliya) cütünün qalibi ilə qarşılaşacaq.


Xəbər xətti