"Ora qayıdıb oynamaq imkanım olsa, Çempionlar Liqasını qazanacaq gücə sahibəm" - Navas

20:47 17 Aprel 2023

"Nottingem Forest"də icarə əsasında çıxış edən PSJ-nin qapıçısı Keylor Navas gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

 

Sportarena.az xəbər verir ki, kosta-rikalı qolkiper “Canal+” telekanalına açıqlamasında Paris klubuna qayıtmaq istəyində olduğunu bildirib:

"PSJ ilə bir illik müqaviləm qalıb. Ora qayıdıb oynamaq imkanım olsa, özümü göstərməyə və komanda ilə Çempionlar Liqasını qazanacaq gücə sahibəm. PSJ-də oynayanda biz bunu etməyə yaxın idik".

 

Qeyd edək ki, 36 yaşlı qolkiper mövsümün əvvəlində İngiltərə klubuna icarəyə yollanıb. Mövsüm sonunda isə o, PSJ-yə dönəcək. 


Xəbər xətti