“Union Berlin”dən səfərdə heç-heçə

10:54 17 Aprel 2023

Almaniya Bundesliqasında 28-ci tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, bu gün daha 3 görüş baş tutub.

 

“Volfsburq” – “Bayer” və “Union Berlin” – “Bohum” matçlarınd qalib müəyyənləşməyib. Üç qolun qeydə alındığı “Verder” – “Frayburq” matçı isə qonaqların qələbəsiylə yekunlaşıb.

 

Hazırda 59 xalı olan “Bayern” vahid liderdir. Dortmund “Borussiya”sı 57 xalla ikinci, “Union Berlin” isə 52 xalla üçüncü pillədə qərarlaşıb. “Leypsiq” 51, “Frayburq” 50, “Bayer” 44, “Ayntraxt”la “Maynts” 42, “Volfsburq” 40 xal toplayıb.

 

Almaniya Bundesliqası

28-ci tur

16 aprel

Verder – Frayburq 1:2

Qol: Filipp, 46 – Sallai, 67. Holer, 71.

 

Union Berlin – Bohum 1:1

Qol: Yuranoviç, 45+3 – Stoger, 55.

 

Volfsburq – Bayer 0:0


Digər xəbərlər

Xəbər xətti