Messidən gələcəyi ilə bağlı açıqlama

14:20 14 Aprel 2023

Mövsümün sonunda PSJ ilə müqaviləsi başa çatan Lionel Messi gələcəyi ilə bağlı açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, argentinalı hücumçu qatıldığı bir reklam çəkilişi zamanı gələcəklə bağlı qərar qəbul etmədiyini bildirib:

"Gələcəyin mənə nələr gətirəcəyini bilmirəm. Bu barədə xəyal qurmağı və düşünməyi sevirəm. Amma necə olacağını həqiqətən bilmirəm. Hər şey olmalı olduğu kimi də olacaq. Yəni tanrı necə istəsə, elə olacaq".


Xəbər xətti