Dünya çempionatında Azərbaycanı təmsil edəcək cüdoçular açıqlanıb

12:59 14 Aprel 2023

Dünya çempionatında Azərbaycanı təmsil edəcək cüdoçuların adları açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, 7-14 may tarixlərində Qətərdə keçiriləcək ilin ən mötəbər yarışında yığma 9 çəki dərəsində 9 kişi və 4 qadınla təmsil olunacaq.

 

Azərbaycan idmançılarına mundialda performans direktoru Mark van der Ham, kişilərdən ibarət millinin baş məşqçisi Riçard Trautman, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov, böyük məşqçi Elçin İsmayılov və böyük performans analitik Zaur Babayev rəhbərlik edəcəklər.

 

Dünya çempionatında fərdi yarışlar 7-13 mayda, komanda yarışları isə 14 mayda Dohada yerləşən “Ali Bin Hamad al-Attiyah Arena”da keçiriləcək.

 

Qadınlar: Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva, Aydan Əliyeva (hər ikisi 52 kq).

 

Kişilər: Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), Hidayət Heydərov (73 kq), Səid Mollayi (81 kq), Məmmədəli Mehdiyev, Murad Fətiyev (hər ikisi 90 kq), Zelim Kotsoyev (100 kq), Uşanqi Kokauri (+100 kq).


Digər xəbərlər

Xəbər xətti