"Bayern" komanda yoldaşını vuran Mane ilə bağlı qərar verdi

17:36 13 Aprel 2023

Sadio Mane komanda yoldaşı Leroy Sanenin üzünə vurduğu zərbəyə görə “Bayern”i tərk etməyəcək.

 

Daha əvvəl bildirilirdi ki, “Bayern”in Çempionlar Liqasının 1/4 finalında “Mançester Siti”yə 0:3 hesabı ilə uduzduğu oyundan sonra paltardəyişmə otağında Mane Sanenin üzünə zərbə endirib və dodağını əzib.

 

Sportarena.az “Sport1”-ə istinadən xəbər verir ki, Münhen klubunun rəhbərliyi seneqallı futbolçunun cəzalandırılmasının mümkün variantlarını, o cümlədən cərimə, məşqlərdən kənarlaşdırma və hətta müqaviləni pozmağı müzakirə edib.

 

“Bayern” artıq Mane ilə müqaviləni pozmamaq qərarına gəlib. Futbolçular öz aralarında vəziyyətə aydınlıq gətiriblər. Bundan əlavə, onlar komanda yoldaşlarından üzr istəyiblər.

 

Bununla belə, Sadio Mane yenə də insidentə görə cəzalandırılacaq. O, ən azı cərimələnəcək.


Xəbər xətti