Şahmat tacı uğrunda duel: Ümumi hesab bərabərləşib

17:18 13 Aprel 2023

Yan Nepomnyaşi (Rusiya) ilə çinli Din Liren (Çin) arasında şahmat tacı uğrunda növbəti görüş keçirilib.

 

Sportarena.az xəbər verir ki, dördüncü qarşılaşma Lirenin qələbəsi ilə başa çatıb.

 

31 yaşlı qrossmeyster ağ firuqlarla 47-ci gedişdə rəqibini məğlub edərək, ümumi hesabı bərabərləşdirib – 2:2.

 

Şahmatçılar arasında 1 və 3-cü qarşılaşmada bərabərlik qeydə alınıbsa, ikinci görüşdə Nepomnyaşi qələbə qazanıb. Tərəflər arasındakı növbəti duel aprelin 15-də olacaq.


Xəbər xətti