PSJ-də daha bir ciddi itki

10:54 13 Aprel 2023

Fransanın PSJ klubu daha bir futbolçusunun xidmətindən məhrum olub.

 

Sportarena.az xəbər verir ki, Paris təmsilçisinin yarımmüdafiəçisi Renato Sançes də zədələnib.

 

Əzələsini zədələyən portuqaliyalı futbolçunun azı 3-4 həftə yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb.

 

Bu mövsümün əvvəlindən PSJ-də çıxış edən 25 yaşlı futbolçu Liqa 1 nəhəngində 22 oyuna çıxıb, 2 qol vurub.

 

Qeyd edək ki, PSJ-də ötən gün müdafiəçi Nordi Mukiele də əməliyyat olunub və bu mövsümün sonuna kimi komandaya kömək edə bilməyəcək.


Xəbər xətti