"Bayern"də qalmaqal: Mane komanda yoldaşını yumruqla vurdu

22:43 12 Aprel 2023

"Bayern" Çempionlar Liqası 1/4 final mərhələsinin ilk oyununda səfərdə "Mançester Siti"yə 0:3 hesabı ilə məğlub olub.

 

Sportarena.az "Bild" nəşrinə istinadən xəbər verir ki, qarşılaşmadan sonra Münhen təmsilçisinin paltardəyişmə otağında gərginlik yaşanıb.

 

"Bayern"in futbolçuları Sadio Mane ilə Leroy Sane arasında mübahisə baş verib. Seneqallı hücumçunun komanda yoldaşını yumruqla vurduğu iddia olunur. Klubun digər futbolçuları Maneni çətinliklə sakitləşdirə biliblər.


Xəbər xətti