Bellingem bu 3 klubdan heç birinə keçməyəcək

15:51 12 Aprel 2023

Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Çud Bellingem keçmək istəmədiyi klublarla bağlı qərar verib.

 

Sportarena.az “Bild”-ə istinadən xəbər verir ki, 19 yaşlı futbolçu “Mançester Siti”, PSJ və “Çelsi”yə keçməkdən imtina edib.

 

İngiltərəli yarımmüdafiəçi pula deyil, “ehtiras, şərəf və reputasiya”ya dəyər verən nüfuzlu klubda oynamaq istəyir.

 

Bellingem bu mövsüm “Borussiya”nın heyətində 37 oyuna çıxıb, 10 qol vurub və 7 məhsuldar ötürmə edib.

 

Onun Almaniya klubu ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.


Xəbər xətti