“Borussiya” evdə, “Bayern” səfərdə qələbə qazandı

10:35 9 Aprel 2023

Almaniya Bundesliqasında 27-ci tura start verilib.

 

Sportarena.az xəbər verir ki, ilk oyun günündə 6 görüş baş tutub.

 

“Maynts” – “Verder” matçında qalib müəyyənləşməyib. “Auqsburq” evdə “Köln”ə, “Herta” “Leypsiq”ə qalib gəlib. “Bayer” – “Ayntraxt” matçı meydan sahiblərinin qələbəsiylə başa çatıb. Dortmund “Borussiya”sı da “Union Berlin”i məğlub yola salıb. Turun mərkəzi oyununda isə lider “Bayern” səfərdə “Frayburq”u tək qolla yenib.

 

Almaniya Bundesliqası
 

27-ci tur
 

8 aprel

Auqsburq – Köln 1:3

Qol: Varqas, 29 – Sxiri, 7. Martel, 16. Maina, 59.

 

Bayer – Ayntraxt 3:1

Qol: Adli, 10. Diabi, 34. Azmun, 90+5 – Sou, 74.

 

Borussiya (Dortmund) – Union Berlin 2:1

Qol: Malen, 28. Mukoko, 79 – Behrens, 61.

 

Frayburq – Bayern 0:1

Qol: De Liqt, 51.

 

Maynts – Verder 2:2

Qol: Ayorke, 85. Veyper, 90+3 – Stage, 87. Fullkruq, 90+5.

 

Herta – Leypsiq 0:1

Qol: Haydara, 40.


Xəbər xətti