Azərbaycanın yeniyetmə cüdoçuları Avropa Kubokunda mübarizəyə başlayırlar

13:19 8 Aprel 2023

Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi bu gün Çexiyanın Teplitse şəhərində start götürəcək Avropa Kubokunda mübarizəyə başlayacaq.

 

Sportarena.az xəbər verir ki, ilk gündə yığmanın 18 üzvü qüvvəsini sınayacaq. Qızların yarışında 40 kq, 44 kq, 48 kq və 52 kq-da 6, oğlanların mübarizəsində isə 50 kq, 55 kq, 60 kq və 66 kq çəki dərəcələrində 12 idmançı tatami üzərinə çıxacaq.

İlk görüşlər Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

 

Bu gün mübarizəyə qoşulacaq cüdoçular aşağıdakılardır:

Qızlar

40 kq

Xədicə Abdullayeva

 

44 kq

Məryəm Bayramzadə

 

48 kq

Vüsalə Hacıyeva

Fəridə Mirzəyeva

 

52 kq

Xədicə Qədəşova

Aytən Verdiyeva

 

Oğlanlar

50 kq

Rəsul Əliyev

 

55 kq

Mirxaliq İskəndərov

Fərid Qarayev

Həsən Həsənli

Ayxan Mirzəzadə

 

60 kq

Xanəhməd Şərifov

Məhəmməd Musayev

 

66 kq

Murad Allahverdiyev

Mehdi Cəfərov

Səid Şərifov

Emil Hüseynzadə

Əbil Yusubov


Digər xəbərlər

Xəbər xətti