Bellingem mübarizəsinə PSJ də qoşuldu

23:07 7 Aprel 2023

"Borussiya"nın futbolçusu Cud Bellingemi transfer etmək istəyən klubların sırasına PSJ də qoşulub.

 

Sportarena.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Paris təmsilçisinin nümayəndələri ingiltərəli yarımmüdafiəçinin meneceri ilə görüşüblər. PSJ komandadan ayrılmaq ehtimalı olan Kilian Mbappenin yerini Bellingemlə doldurmaq istəyir.

 

İngiltərə millisinin üzvünü "Real", "Liverpul" və "Mançester Siti"də transfer etmək istəyir. 19 yaşlı yarımmüdafiəçi lider ola biləcəyi bir kluba getməyi planlaşdırır.

 

Qeyd edək ki, "Borussiya" Cud Belleingemi 2020-ci ilin yayında "Birmingem"dən transfer edib. Gənc futbolçu cari mövsümdə Dortmund təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda 10 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.


Xəbər xətti