Braziliya millisinin üzvü Almaniya klubunda

13:39 5 Aprel 2023

Almaniyanın “Bayer” klubu heyətinə yeni futbolçu cəlb edib.

 

Sportarena.az xəbər verir ki, Bundesliqa təmsilçisi Braziliya millisinin üzvü, “Amerika Mineyro”da çıxış edən Arturla güclənib.

 

Məlumatı Almaniya klubunun rəsmi saytı yayıb. Tərəflər arasında bağlanan müqavilənin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

 

Artur Bundesliqa klubuna bu ilin yayında qoşulacaq.


Xəbər xətti