Nazarov komandasına qələbə qazandırdı

11:35 2 Aprel 2023

Futbol üzrə Almaniya 3-cü liqasında 30-cu turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb.

 

Sözügedən kollektiv doğma meydanda “Oldenburq”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

 

Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 83-cü dəqiqədə əvəzlənib. Komandasının yeganə qolunu da 80-ci dəqiqədə penaltidən dəqiq istifadə edən Dmitri vurub. Təcrübəli futbolçu 32-ci dəqiqədə sarı vərəqə də alıb.

 

“Ersgebirge” hazırda 39 xalla 20 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.


Xəbər xətti