Böyük Dəbilqə: Sonuncu gün Azərbaycanlı cüdoçular mübarizə aparacaq

13:54 26 Mart 2023

Bu gün Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə “Böyük Dəbilqə” turniri yekunlaşacaq.

 

Sportarena.az xəbər verir ki, yarışın sonuncu günündə Azərbaycan millisinin 2 üzvü mübarizə aparacaq.

 

90 kq-da çıxış edən Vüqar Talıbov Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi Aram Qriqoryanla, 100 kq-dan yuxarı çəkidə yer alan Camal Qamzatxanov isə İqnas Meçajus (Litva) / İrakli Demetraşvili (Gürcüstan) duelinin qalibi ilə qarşılaşacaq.

 

90 kq

1/16 final: Vüqar Talıbov – Aram Qriqoryan (BƏƏ)

 

+100 kq

1/8 final: Camal Qamzatxanov – İqnas Meçajus (Litva) / İrakli Demetraşvili (Gürcüstan) cütünün qalibi

 

Hələlik Azərbaycan yığmasının aktivində iki medal var. Kişilərdən Turan Bayramov (60 kq) qızıl, qızlardan isə Gültac Məmmədəliyeva (52 kq) bürünc medal qazanıb.


Xəbər xətti