Xanım Hüseynova qran-pridə qızıl medal qazanıb

18:26 14 Mart 2023

Azərbaycanın daha bir paracüdoçusu Misirin İsgəndəriyyə şəhərində keçirilən qran-pridə qızıl medal qazanıb.

 

Sportarena.az xəbər verir ki, qadınların yarışında Xanım Hüseynova (J2) rəqiblərinin hamısından üstün olub. 30 yaşlı idmançı 70 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gəlib.

 

Daha əvvəl İlham Zəkiyev (+90 kq) həlledici görüşə vəsiqəni təmin edib. Ötən gün Namiq Abaslı (73 kq, J2) qızıl medal qazanıb.


Xəbər xətti