Şahmatçımız 50 min dollarlıq turnirdə

17:58 8 Mart 2023

Özbəkistanın paytaxtı Daşkənddə 8 mart – Beynəlxalq Qadınlar Gününə həsr olunan beynəlxalq şahmat turniri keçirilir.

 

Sportaren.az xəbər verir ki, yarışda 10 ölkədən 111 şahmatçı mübarizə aparır.

 

Turnirdə ölkəmizi Gülnar Məmmədova təmsil edir. 3 turdan sonra yarış cədvəlinə aktivində 3 xal olan Valentina Qunina başçılıq edir. Məmmədova 2,5 xalla 3-9-cu yerləri bölüşdürür.

 

9 turdan ibarət turnirin ümumi mükafat fondu 50 min ABŞ dollarıdır.

 

Yarışın baş hakimi həmyerlimiz İlahə Qədimovadır.


Xəbər xətti