“Bu, universal bir hədəfdir” - Messi

16:58 7 Mart 2023

PSJ-nin hücumçusu Lionel Messi UEFA Çempionlar Liqasının 1/8 finalının “Bayern”lə cavab qarşılaşmasından öncə danışıb.

 

Sportatrena.az xarici KİV-ə istinadən xəbər verir ki, o, səfər matçının çətin olacağını bildirib:

“Meydanda hər şeyi etməyə çalışacağıq. Növbəti mərhələyə çıxmaq üçün “Bayern”lə matçda vəziyyəti xeyrimizə dəyişmək üçün mübarizə aparacağıq. Bu, universal bir hədəfdir.

Səfərdə bizi çox çətin oyun gözləyir. Kiçik detallar hər şeyi həll edəcək. Çünki Almaniyada qələbə qazanmaq çətindir. Hər şeyi düzgün etsək, vəziyyəti dəyişə bilərik. Çempionlar Liqasında səyahətimizə davam etmək istəyirik”.

 

“Bayern” – PSJ cütünün cavab qarşılaşması martın 8-də keçiriləcək. İlk matç Bundesliqa təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşmışdı (1:0).


Digər xəbərlər

Xəbər xətti