"Borussiya"nın futbolçusu karyerasını başa vura bilər

20:29 1 Mart 2023

"Borussiya"nın müdafiəçisi Mats Hummels mövsümün sonunda karyerasını başa vura bilər.

 

Sportarena.az "Bild"ə istinadən xəbər verir ki, 34 yaşlı futbolçunun müqaviləsi 2023-cü ilin yayında başa çatacaq. 
Tərəflər hələ ki, yeni razılığa gələ bilməyib. 
 

"Borussiya" Hummelsin maaşını iki dəfə azaltmaq istəyir.  Ona ABŞ və Səudiyyə Ərəbistanının bir neçə klubundan təklif olsa da, futbolçu Almaniyanı tərk etmək niyyətində deyil. Almaniya millisinin sabiq üzvü Dortmund klubu ilə razılığa gəlməsə, karyerasını bitirəcək.

 


Digər xəbərlər

Xəbər xətti