"Bayern" liderliyi geri aldı - VİDEO

09:46 27 Fevral 2023

Almaniya Bundesliqasında 22-ci tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, bu gün daha 2 görüş baş tutub.

 

“Frayburq” – “Bayer” matçında qalib müəyyənləşməyib. “Bayern” isə turun mərkəzi oyununda eyni xala malik olduğu “Union Berlin”ə 3 cavabsız qolla qalib gəlib.

 

Hazırda 46 xala malik “Bayern” və Dortmund “Borussiya”sı turnir cədvəlinə şərikli liderlik edirlər. “Union Berlin” isə 43 xalla üçüncüdür. “Leypsiq”in 42, “Frayburq”un 41 xalı var.

 

Almaniya Bundesliqası

22–ci tur

26 fevral

Frayburq – Bayer 1:1

Qol: Qrifo, 29 – S.Azmun, 67.

 

Bayern – Union Berlin 3:0

Qol: Şupo-Motinq, 31. Koman, 40. Musiala, 45+1.


Digər xəbərlər

Xəbər xətti