ÇL: Həftənin ən yaxşı futbolçusu namizədləri

09:24 23 Fevral 2023

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin son dörd ilk oyunundan sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

 

Sportarena.az xəbər verir ki, bu ada İtaliya "Napoli"sindən İrvinq Losano, "İnter"dən Hakan Çalhanoğlu, İspaniyanın "Real Madrid" klubundan Vinisius Junior və İngiltərənin "Mançester Siti" komandasından Riyad Mahrez iddia edir.

 

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə bəlli olacaq.


Digər xəbərlər

Xəbər xətti