"Mançester Siti"nin aparıcı futbolçuları "Leyptsiq"lə oyunu buraxacaqlar

12:10 22 Fevral 2023

İngiltərənin "Mançester Siti" komandasının aparıcı futbolçuları Kevin De Brüyne və Emerik Lyaport Almaniyada "Leyptsiq"ə qarşı UEFA Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin ilk oyununu buraxacaqlar.

 

Sportarena.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi ilə ispaniyalı müdafiəçinin adı görüşün iştirak ərizəsinə salınmayıb.

 

"Şəhərlilər"in baş məşqçisi Xosep Qvardiola hər iki oyunçunun xəstəlik səbəbindən ÇL matçını buraxacaqlarını bildirib.

 

Qeyd edək ki, fevralın 22-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


Xəbər xətti