Xviça Kvaratsxeliya "Napoli"də yeni rekorda imza atıb

11:48 22 Fevral 2023

Gürcüstan millisinin futbolçusu Xviça Kvaratsxeliya İtaliyanın "Napoli" klubunun tarixinə düşüb.

 

Sportarena.az "Opta Sports"a istinadən xəbər verir ki, 22 yaşlı hücumçu buna Almaniyada "Ayntraxt" (Frankfurt) komandasına 2:0 hesabı ilə qalib gəldikləri matçda nail olub.

 

İkinci qolda məhsuldar ötürmənin müəllifi olan gürcüstanlı forvard Neapol təmsilçisinin heyətində qitənin bir nömrəli klub turnirində 4 assist edən ilk oyunçudur.

 

Qeyd edək ki, komandalar arasındakı cavab qarşılaşması martın 15-də olacaq.


Xəbər xətti