“Liverpul” ilk dəfə “Enfild Roud”da 5 qol buraxdı

10:41 22 Fevral 2023

İngiltərənin “Liverpul” klubu tarixində ilk dəfə avrokuboklarda “Enfild Roud” stadionunda keçirdiyi oyunda 5 qol buraxıb.

 

Sportarena.az xəbər verir ki, bu, Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsində İspaniya “Real Madrid”i ilə görüşə təsadüf edib.

 

Rəqibinə 2:5 hesabı ilə uduzan “qırmızılar” buna qədər doğma arenalarında heç 4 top da buraxmamışdılar.

 

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu martın 15-də “Santyaqo Bernabeu”da keçiriləcək.


Xəbər xətti