Benzema Messinin rekordunu təkrarlayıb

09:53 22 Fevral 2023

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kərim Benzema hazırda Fransa PSJ-sində çıxış edən Lionel Messinin rekordunu təkrarlayıb.

 

Sportarena.az xəbər verir ki, 36 yaşlı hücumçu buna İngiltərədə "Liverpul"a 5:2 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda nail olub.

 

Görüşdə dubl edən fransalı forvard ardıcıl 18-ci mövsümdə avrokuboklarda fərqlənib. Daha əvvəl bunu yalnız Argentina yığmasının üzvü Lionel Messi təkrarlaya bilib. Hər iki oyunçu 2005/2006 mövsümündən Çempionlar Liqasında qol vurur.

 

Qeyd edək ki, komandalar arasındakı cavab matçı martın 15-də İspaniyada olacaq.


Digər xəbərlər

Xəbər xətti