Salah Cerrardın rekordunu qırdı

09:30 22 Fevral 2023

“Liverpul”un hücumçusu Məhəmməd Salah komandasının heyətində avrokuboklarda qolların sayına görə “qırmızılar”ın əfsanəvi kapitanı Stiven Cerrardın rekordunu qırıb.

 

Sportarena.az xəbər verir ki, “Real Madrid”ə qarşı oyunda misirli 42-ci qoluna imza atıb.

 

Beləliklə, 31 yaşlı forvard 41 qola sahib sabiq yarımmüdafiəçi S. Cerrardı geridə qoyub.

 

Xatırladaq ki, Çempionlar Liqasının 1/8 finalında İspaniyanın “Real Madrid” komandasına qarşı oynayan “Liverpul” öz meydanında 5:2 hesabı ilə məğlub olub. “Qırmızılar” oyunun ilk 14 dəqiqəsində “Kral klubu”nun torunu 2 dəfə silkləyə bilsə də, oyundakı üstünlüyünü qısa müddətdə itirib.


Xəbər xətti