"Borussiya" 2023-cü ildə bütün oyunlarda qələbə qazanan yeganə komandadır

12:38 21 Fevral 2023

Almaniyanın "Borussiya" (Dortmund) klubu 2023-cü ildə keçirdiyi bütün qarşılaşmalarda qalib gəlib.

 

Sportarena.az xəbər verir ki, keçirdiyi 8 görüşün hamısından qələbə qazanan Dortmund təmsilçisi "Top-5" liqalarda bunu bacaran yeganə komandadır.

 

Edin Terziçin baş məşqçisi olduğu kollektiv Bundesliqada "Auqsburq", "Maynts", "Bayer" (Leverkuzen), "Frayburq", "Verder" və "Herta"nı məğlub edib. Ölkə kubokunda "Bohum"u mübarizədən kənarlaşdıran "Borussiya" UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda İngiltərənin "Çelsi" klubunu üstələyib.

 

Qeyd edək ki, dortmundlular hazırda Bundesliqada 43 xalla 1-3-cü yerləri bölüşdürürlər. "Bavariya" və "Union" (Berlin) da eyni xala malikdir.


Digər xəbərlər

Xəbər xətti