“Klopp çox gözəl insandır” – Ançelotti

09:51 21 Fevral 2023

“Real”ın baş məşqçisi Karlo Ançelotti “Liverpul”un çalışdırıcısı Yurgen Kloppla münasibətindən danışıb.

 

Sportarena.az “Sky Sports”-a istinadən xəbər verir ki, italiyalı məşqçi Kloppla yaxşı münasibəti olduğunu deyib:

“Bizim yaxşı münasibətimiz var. Mən “Everton”u çalışdırdığım zaman, pandemiya vaxtı Liverpulda ilyarım birlikdə keçirdik. Kloppla yazışdıq, bir-birimizə hədiyyələr aldıq. O, çox gözəl insandır”.

 

Ançelotti 2019-2021-ci illərdə “Everton”da çalışıb.

 

“Liverpul”la “Real” bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində İngiltərədə qarşılaşacaq.


Xəbər xətti