Markus Türam komandasını dəyişəcək

15:34 20 Fevral 2023

"Borussiya"nın idman direktoru Roland Virkus komandanın əsas hücumçu Markus Türamın cari mövsümün sonunda komandadan ayrılacağını bildirib.

 

Sportarena.az xəbər verir ki, Fransa mətbuatına açıqlama verən klub rəsmisi fransalı hücumçunun azad agent kimi başqa komandaya keçəcəyini söyləyib:

"Onun daha böyük kluba keçəcəyi ilə barışmalıyıq. Yayda müqaviləsi başa çatır və ayrılıq onda baş tutacaq".
 

2019-cu ildə "Genqam"dan "Borussiya"ya keçmiş forvardın Münhenqladbax klubu ilə müqaviləsi iyunun 30-da başa çatacaq.


Digər xəbərlər

Xəbər xətti