İngiltərəli futbolçu Bundesliqada yeni rekorda imza atıb

14:23 20 Fevral 2023

"Borussiya" (Dortmund) klubunun futbolçusu Cud Bellingem Almaniya Bundesliqasında yeni rekorda imza atıb.

 

Sportarena.az xəbər verir ki, ingiltərəli oyunçu buna XXI turda "Herta"nı 4:1 hesabı ilə məğlub etdikləri matçda nail olub.

 

Yarımmüdafiəçi Almaniya çempionatında ən gənc yaşda 50 qələbə qazanan futbolçu adına sahib çıxıb. O, bunu 19 yaş 235-ci günündə bacarıb.

 

Daha əvvəl rekord hazırda Portuqaliya "Benfika"sının formasını geyinən Yulian Drakslerə məxsus idi.

 

Qeyd edək ki, Cud Bellingem 2020-ci ildən "Borussiya"nın əsas komandasında çıxış edir.


Digər xəbərlər

Xəbər xətti