Bundesliqada "üçhakimiyyətlilik" yarandı

11:37 20 Fevral 2023

Almaniya Bundesliqasında 21-ci tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, bu gün daha 3 qarşılaşma baş tutub.

 

“Union Berlin” – “Şalke” matçı qolsuz bitib. Beş qolun qeydə alındığı “Bayer” – “Maynts” matçı qonaqların xeyrinə başa çatıb. Dortmund “Borussiya”sı da “Herta” ilə ev oyununda darmadağına imza atıb.

 

21 turdan sonra “Borussiya” (Dortmund) və “Union Berlin” lider “Bayern”lə xallarını (43) bərabərləşdirib. “Frayburq”un 40, “Leypsiq”in 39, “Ayntraxt”ın 38 xalı var.

 

Almaniya Bundesliqası

21-ci tur

19 fevral

Union Berlin – Şalke 0:0

 

Borussiya (Dortmund) – Herta 4:1

Qol: Adeyemi, 27. Malen, 32. Roys, 76. Brandt, 90 – Tuzar, 47.

 

Bayer – Maynts 2:3

Qol: Amiri, 32. Şik, 58 – Kasi, 26. Barreyro, 45+4. İnqvartsen, 82-pen.


Digər xəbərlər

Xəbər xətti