Neymar "Bavariya" ilə oyunu buraxa bilər

11:21 20 Fevral 2023

Fransanın PSJ futbol komandasının braziliyalı hücumçusu Neymar Çempionlar Liqasının 1/8 final mərhələsinin "Bavariya" ilə cavab oyununu buraxa bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə “Le Parisien” məlumat yayıb.

 

Futbolçu fevralın 19-da Fransa çempionatında "Lill"lə matçda zədələnib. Mənbə bildirir ki, müayinə nəticəsində onun ayağında sınıq istisna edilib və parisli məşqçi Kristof Qaltye futbolçunun sağ topuq nahiyəsində qırılma diaqnozu qoyulduğunu bildirib.

 

Eyni zamanda, futbolçunun yüksək ehtimalla Fransa çempionatının “Marsel”lə növbəti matçını və Çempionlar Liqasında “Bavariya” ilə oyunu buraxacağı da qeyd edilir.


Xəbər xətti