Maradonanın "sol ayağı" oğurlandı – FOTO

14:56 19 Fevral 2023

Neapolda Argentina millisinin və “Napoli”nin keçmiş futbolçusu Dieqo Maradonanın sol ayağının tablosu oğurlanıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı “Calciomercato” yayıb.

 

Şəkil Maradonanın kətan üzərində çap olunmuş ayağının 3D variantıdır. Tablo 1990-cı ildə “Napoli”nin İtaliya çempionatında ikinci çempionluğu münasibətilə yaradılıb.

 

Qeyd edək ki, Maradona 25 noyabr 2020-ci ildə, 60 yaşında vəfat edib. Argentinalı futbolçu xroniki ürək çatışmazlığından yaranan kəskin ağciyər ödəmi nəticəsində ölüb.



Digər xəbərlər

Xəbər xətti