“Bayern” səfərdən xalsız döndü

10:40 19 Fevral 2023

Almaniya Bundesliqasında 21-ci turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, bu gün daha 5 görüş baş tutub.

 

“Bohum” doğma meydanda “Frayburq”a, “Volfsburq” isə “Leypsiq”ə uduzub. “Ştutqart” evdə “Köln”ü 3 cavabsız qolla yenibsə, “Ayntraxt” da “Verder” üzərində inamlı qələbəyə sevinib. Səfərdə Mönhenqladbax “Borussiya”sı ilə qarşılaşan lider “Bayern” isə turu xalsız başa vurub.

 

Almaniya Bundesliqası

21-ci tur

18 fevral

Borussiya (Mönhenqladbax) – Bayern 3:2

Qol: Ştindl, 13. Hofmann, 55. Turam, 84 – Şupo-Motinq, 35. Tel, 90+3.

 

Bohum – Frayburq 0:2

Qol: Qreqoriç, 39. Holer, 51.

 

Ştutqart – Köln 3:0

Qol: Dias, 9. Sosa,  59. Kulibali, 74.

 

Volfsburq – Leypsiq 0:3

Qol: Forsberq, 14. Laymer, 85. Soboslai, 90+2.

 

Ayntraxt – Verder 2:0

Qol: Fridl, 8-öz qapısına. Muani, 52.


Digər xəbərlər

Xəbər xətti