Tanınmış futbolçunun oğlu naməlum şəxslərin hücumuna məruz qalıb

12:03 18 Fevral 2023

İtaliya millisinin və "Yuventus"un sabiq futbolçusu Andrea Pirlonun oğlu Nikola Pirlo Turində naməlum şəxslərin hücuma məruz qalıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabından paylaşım edib.

"Bir qrup xuliqan avtomobilimizə girmək istədi. Həmin vaxt mən maşında idim. Sonradan nəqliyyat vasitəsini təpikləməyə və daş atmağa başladılar. Turinin mərkəzində dörd gəncin sizə hücum etməsi, maşına daş atması və içəri girməyə çalışması normaldırmı?", - N.Pirlo yazıb.

 

Qeyd edək ki, Andrea Pirlo hazırda Türkiyənin "Fatih Karagümrük" komandasının baş məşqçisidir.


Digər xəbərlər

Xəbər xətti