Rüstəm Orucov medalsız qaldı

13:39 17 Fevral 2023

Azərbaycan cüdoçuları İsrailin Təl-Əviv şəhərində keçirilən “Böyük Dəbilqə” turnirində ikinci günü medalsız başa vurublar.

 

Sportarena.az xəbər verir ki, Nurlan Osmanov (73 kq) 1/32 finalda Gürcüstan təmsilçisi Mixeili Baxbaxaşviliyə uduzub.

 

81 kq-dakı Rüstəm Orucov 1/16 finalda Monqolustandan olan Bolor-Oçir Gereltuyaya məğlub olub. Eyni çəkidəki Zelim Tçkayev onun həmyerlisi Batbold Bulqan və israilli İftaç Badaşa qalib gəlsə də, 1/4 finalda italiyalı Antonio Espositoya, təsəlliverici görüşdə isə portuqaliyalı Joau Fernanduya uduzub.

 

Yarışın ilk günündə Orxan Səfərov (66 kq) gümüş medala sahib çıxıb.

 

“Böyük Dəbilqə” fevralın 18-də başa çatacaq.


Xəbər xətti