"Messi Ronaldo və Maradonanı geridə qoydu"

16:02 15 Fevral 2023

İngiltərə millisinin sabiq futbolçusu Co Koul argentinalı hücumçu Lionel Messini bütün zamanların ən böyük oyunçusu hesab etdiyini bildirib. 

 

Sportarena.az xəbər verir ki, “Daily Mail” agentliyinə danışan Koulun fikrincə, Messi ilə yalnız Pele müqayisə oluna bilər, Kriştiano Ronaldo və Dieqo Maradona isə Lioneldən geri qalır:

"Tarixin ən yaxşı futbolçusunun kim olması barədə həmişə mübahisələr olacaq. Amma Messi hər şeyi qazandığı üçün indiki nəsillə bağlı bütün mübahisələrə son qoyub. Əvvəllər dünya çempionatında çətinlik çəkirdi və bu, suallar yaradırdı. Bununla belə, bunun öhdəsindən gəldi. Messi kimi futbolçu görməmişəm. Mən onu bütün zamanların ən böyük oyunçusu hesab edirəm. Leo ilə ancaq Pele müqayisə oluna bilər. Messi Ronaldo və Maradonanı geridə qoydu".


Digər xəbərlər

Xəbər xətti