“Bayer” futbolçusu ilə müqavilə uzatdı

10:43 13 Fevral 2023

Almaniyanın “Bayer” klubu müdafiəçisi Pyero İnkapye ilə müqavilənin müddətini uzadıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

 

Ekvadordan olan 21 yaşlı mərkəz müdafiəçisinin sözləşməsinin müddəti 2027-ci ilin yayınadək artırılıb.

 

İnkapye 2021-ci ilin yayında Argentinanın “Talyeres” klubundan transfer olunduğu Leverkuzen təmsilçisində 56 oyuna 3 qol vurub. O, Ekvador yığmasında da 24 oyuna çıxıb, 1 qola imza atıb.


Digər xəbərlər

Xəbər xətti