“Borussiya” və "Ayntraxt" darmadağına üzüldü - VİDEO

10:09 13 Fevral 2023

Almaniya Bundesliqasında 20-ci tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, bu gün daha 2 qarşılaşma baş tutub.

 

“Herta” doğma meydanda “Borussiya” (Mönhenqladbax), “Köln” isə “Ayntraxt” üzərində darmadağına sevinib.

 

Hazırda 43 xala malik “Bayern” vahid liderdir. “Union Berlin” 42 xalla ikinci, “Borussiya” (Dortmund) 40 xalla üçüncü pillədə qərarlaşıb. “Frayburq” 37, “Leypsiq” 36, “Ayntraxt” (Frankfurt) 35 xal toplayıb.

 

Almaniya Bundesliqası

20-ci tur

12 fevral

Herta – Borussiya (Mönhenqladbax) 4:1

Qol: Nqankam, 30. Dardai, 52. Şerhant, 90+1. Lukebakio, 90+7 – Elvedi, 17.

 

Köln – Ayntraxt 3:0

Qol: Hubers, 49. Sxiri, 71; 86.


Digər xəbərlər

Xəbər xətti