"Bayern" 3 xalı 3 qolla aldı

10:12 12 Fevral 2023

Almaniya Bundesliqasında 20-ci turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, bu gün daha 6 qarşılaşma baş tutub.

 

Lider “Bayern” “Bohum”la ev oyununda darmadağına sevinib. Səfərdə “Verder”lə qarşılaşan Dortmund “Borussiya”sı da turu qələbə ilə başa vurub. “Bayer”lə “Union Berlin” isə müvafiq olaraq “Hoffenhaym” və “Leypsiq”lə səfər matçlarından qalib ayrılıb. “Frayburq” “Ştutqart”ı, “Maynts” da “Auqsburq”u məğlub yola salıb.

 

Almaniya Bundesliqası

20-ci tur

11 fevral

Bayern – Bohum 3:0

Qol: Müller, 41. Koman, 64. Qnabri, 74-pen.

 

Frayburq – Ştutqart 2:1

Qol: Qrifo, 60-pen; 84-pen – Fuhrix, 30.

 

Hoffenhaym – Bayer 1:3

Qol: Nsoki, 77 – Andrix, 6. Diabi, 47. Hlojek, 56.

 

Maynts – Auqsburq 3:1

Qol: Li Sunq, 21; 52. Onisivo, 24 – Demiroviç, 28.

 

Verder – Borussiya (Dortmund) 0:2

Qol: Gittens, 67. Brandt, 85.

 

Leypsiq – Union Berlin 1:2

Qol: Henriks, 24 – Haberer, 61. Knoxe, 72.


Digər xəbərlər

Xəbər xətti