Messi və Maradonanın təsviri olan əskinasları dövriyyəyə buraxmaq istəyirlər

15:53 11 Fevral 2023

Argentina Milli Bankının prezidenti Silvina Batakis futbolçular Lionel Messi və Dieqo Maradonanın təsviri olan əskinasların dövriyyəyə buraxılmasını təklif edib.

 

Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, əskinasların nominal dəyəri 10 000 Argentina pesosuna bərabər olacaq.

“Mən argentinalıların qəlbində yer tutan bir şey edərdim. Bu, məsələn, dünya kuboku ilə bağlı olan simvolik əskinas olacaq. Lionel Messi ilə əskinas düzəltmək istərdim.

Başa düşürəm ki, 10 minlik peso məsələsi təhlil edilir, prezident son müsahibəsində mövzunu açıq qoyub. Müxtəlif variantlar təhlil edilir” – deyə, Batakis bildirib.

 

Argentina millisi 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının finalında Fransaya qalib gələrək (3:3, pen – 4:2) 36 ildən sonra yenidən çempion olub


Digər xəbərlər

Xəbər xətti