"Vüqar Həşimov Memorialı-2022" VIII beynəlxalq şahmat turnirinin püşkü atılıb

14:06 18 Dekabr 2022

"Vüqar Həşimov Memorialı-2022" VIII beynəlxalq şahmat turnirinin püşkü atılıb.

 

Sportarena.az xəbər verir ki, ilk turda üz-üzə gələcək qrossmeysterlər bəlli olub.

 

I tur 14:15-də start götürəcək.

 

"Vüqar Həşimov Memorialı-2022"

I tur

Abdulla Qədimbəyli - Rauf Məmmədov

Van Hao (Çin) - Şəhriyar Məmmədyarov

Semuel Şenklend (ABŞ) - Aydın Süleymanlı

Nodirbek Abdusattorov (Özbəkistan) - Valeho Pons (İspaniya)

Riçard Rapport (Rumıniya) - Qukeş Dommaracu (Hindistan)

 

"Vüqar Həşimov Memorialı-2022"də 7 ölkə - Azərbaycan, ABŞ, Çin, Hindistan, Özbəkistan, Rumıniya və İspaniyadan 10 şahmatçı iştirak edəcək.

 

Memorial rapid və blits üzrə təşkil olunacaq. Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə dekabrın 24-dək “Fairmont Baku” hotelində baş tutacaq.


Xəbər xətti