U-21 millimiz Macarıstana uduzdu

09:27 18 Noyabr 2022

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirir.

 

Sportarena.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv bu gün Macarıstan yığması ilə yoldaşlıq görüşündə üz-üzə gəlib. Matç rəqibin 3:0 hesablı qələbəsiylə başa çatıb.

 

Qeyd edək ki, milli komandamız 20 noyabr tarixində İsveçlə hazırlıq oyunu keçirəcək. 


Digər xəbərlər

Xəbər xətti