Bakıda keçirilən yunan-Roma güləşi üzrə Dünya Kubokuna yekun vurulub.
Sportarena.az xəbər verir ki, finalda Azərbaycan və İran yığmaları qızıl medal üçün qarşılaşıb.
Qarşılaşma 5:5 hesabı ilə sona çatıb. İran millisi xal hesabında Azərbaycanı üstələdiyinə (20:19) görə, kubokun qalibi olub.
6 noyabr
Final
Azərbaycan - İran - 5:5 (xallar 19:20)
(55 kq) Eldəniz Əzizli - Poya Marz - 4:1
(60 kq) Nihad Məmmədli - Mohsen Nejad - 4:5
(63 kq) Taleh Məmmədov - İman Hüseyn Mohammedi - 0:8
(67 kq) Həsrət Cəfərov - Danial Söhrabi - 5:1
(72 kq) Ülvi Qənizadə - Mohammedeza Rustami - 4:3
(77 kq) Sənan Süleymanov - Arif Həbibullahi - 7:1
(82 kq) Rafiq Hüseynov - Mohammedhuseyn Mahmudi - 5:1
(87 kq) Murad Əhmədiyev - Abulfəz Ali Çubani - 1:2
(97 kq) Arif Niftullayev - Mehdi Balihamzede - 2:5
(130 kq) Beka Kandelaki - Aliakbar Yusifahmedcali - 3:6
Qeyd edək ki, üçüncü yer uğrunda qarşılaşmada isə Türkiyə və Dünya yığması 5:5 hesablı bərabərə qalıb. Dünya yığmasının idmançılarından biri tuşe ilə qalib gəldiyi üçün bürünc medala sahib çıxıblar.