Bu gün Bakıda yunan-Roma güləşi üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.
Bakı İdman Sarayındakı tədbirdə gənclər və idman naziri Fərid Qayıbov və Dünya Güləş Birliyinin (UWW) Büro üzvü, həmçinin UWW Avropanın prezidenti Karl-Martin Ditman iştirak ediblər.